Bakıda avtomobil təmiri sexi yandı - İÇƏRİSİNDƏKİ MAŞINLA BİRGƏ
Hadisə
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin dam örtüyü və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.