Xəbər verdiyimiz kimi, bu gün Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, qəzaya səbəb olan yük maşının sürücüsü ifadəsində içkili olduğunu etiraf edib.
O, 4 nəfərə yarım litr araq içdiklərini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona iki nəfərin öldüyünü deyib. Sürücü “doğrudan iki nəfər?”, - deyərək təəccüblənib.
Sürücünün ifadəsini təqdim edirik:
**16:29
Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.
APA bildirir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib.
Yük avtomobili yolayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasına sərxoş vəziyyətdə olub.