
Senzor.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtoservisin mənfi 1-ci mərtəbəsində, sahəsi 105 m² olan mühərrik təmiri sexində şüşə-pambıqdan ibarət tavan və içərisində 30 m² sahədə əşyalar yanıb. Yüksək temperaturdan sahəsi 40 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı 20 m² sahədə, sahəsi 32 m² olan kafenin mətbəxinin tavanı və 5 m² sahədə plastikdən ibarət qapısı əriyib.
Avtoservisin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.