Bakının Nərimanov rayonunda üç nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib.
APA xəbər verir ki, qəza Xətai prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirərək yol kənarında su borusunun təmiri ilə məşğul olan “Azərsu” ASC-yə məxsus “MAN” markalı avtomobilə çırpılıb.
Toqquşma zamanı “Azərsu” ASC-nin boru təmiri ilə məşğul iki əməkdaşı və minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Verilən ilkin məlumata görə, qəzanı törədən 99-GE-722 dövlət nişanlı “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə olub.