Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.
"Report" xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan və Qazax Rayon Diaqnostika Mərkəzinə çatdırılan Mirvari adlı qadın göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Diaqnostika Mərkəzində daha bir nəfər yaralı - 1971-ci il təvəllüdlü Mətanət Əliyevanın müalicəsi isə davam etdirilir.
**13:32
Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.
"Report" xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlər:
1961-ci il təvəllüdlü Familə Fərman qızı Məmmədova,
1962-ci il təvəllüdlü Mayıl Nağıyev.
Yaralılar:
2003-cü il təvəllüdlü Nicat Qasımov,
1951-ci il təvəllüdlü Email Əmiraslanov.
**13:28
Bakı-Qazax magistralında baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.
"Report"un məlumatına görə, hadisə yerinə Ağstafada rayonundan 2, Qazax rayonundan 1, 113 - Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub.
İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
**13:06
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.