Paytaxtda 50 yaşlı kişi qətlə yetirilib.
Senzor.az bildirir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.