Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib.
Senzor.az-ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, ilkin versiyaya əsasən, partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov hadisədən bir az sonra bildirib ki, "Hadisə yerinə 35 təcili tibbi yardım briqadası göndərilib. Hal-hazırda da həkimlər orada çalışırlar. Saat 4:30-a olan məlumata görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb".
"Yaralılardan 13-ü kişi, 11-i qadındır. Təcili tibbi yardım briqadalarının həkimlərindən aldığımız məlumata görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb. Lakin müxtəlif dərəcəli travmalılar da var. Onlar müxtəlif xəstəxanalara çatdırılıblar. Yeni xəbərlər daxil olan kimi əlavə məlumatlar veriləcək", - nazirlik rəsmisi əlavə edib.
Fövqəladə Hallar Nazirliyi də gecə ikən partlayışla bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın və obyekt daxilində uçqunun baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib və o, qısa müddətdə söndürülüb
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Baş prokurorun birinci müavini Elçin Məmmədov hadisə yerinə gəliblər.
İlkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti sabitdir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.
Baş Prokurorluğun partlayışla bağlı yaydığı məlumatda deyilir ki, hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədirlər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.