Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.
Senzor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, yanğının mürəkkəbliyinə, o cümlədən obyekt daxilində tezalışan malların mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin fərdi şücaəti və peşəkarlıqları sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.
Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.
**23:42(05.04.2022)
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Senzor.az FHN-ə istinadən bildirir ki, görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
**23:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
** 22:58
Bakıda güclü yanğın başlayıb.
“Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, sex kimi fəaliyyət göstərən ərazi yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və azı 10 yanğınsöndürmə avtomobili cəlb olunub.
Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb.
Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.