
Polis vətəndaşları evlərində qalmağa çağırıb.
Silahlı şəxslərin axtrışı davam edir.
**22:48
İsrailin paytaxtı Təl-Əvivin mərkəzində atışma olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 6 nəfər yaralanıb. Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
Hücumda iki terrorçu iştirak edib. Hazırda təhlükəsizlik xidmətləri hücum edənləri axtarmağa davam edir.
Yaralılardan ikisinin vəziyyəti kritik olaraq qiymətləndirilir.