
APA xəbər verir ki, hadisə İvan Anaşkin küçəsində qeydə alınıb.
“Daewoo” markalı sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Baxışov Əli Elqam oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.