Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Odessa hərbi adminstrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.
“Biz təsdiq edirik ki, “Moskva” kreyseri İlan adasında sərhədçilərimizin göndərdiyi raketlə vurulub”, - deyə Marçenko vurğulayıb.
Nəticədə kreyserdə yanğın başlayıb, döyüş sursatları partlayıb və gəmiyə ciddi ziyan dəyib.
Məlumata görə, kreyserdə artilleriya, zenit, sualtı qayıq əleyhinə və mina-torpedo silahları var. Gəmidə həmçinin P-1000 Vulkan gəmi əleyhinə raketlər üçün 16 buraxılış qurğusu mövcuddur. Raketlər 1000 km məsafədə olan hədəfləri vura bilir.
Rusiya Müdafiə Nazirliyi də “Moskva” raket kreyserində yanğın və partlayış olduğunu, gəmiyə ciddi ziyan dəydiyini təsdiqləyib. Bildirilib ki, ekipaj tamamilə təxliyə edilib, amma hadisənin nədən və necə baş verdiyini açıqlanmayıb. Qeyd olunub ki, hadisənin səbəbləri araşdırılır.