ABŞ-ın Kanzas ştatında qadın avtomobilindən açdığı atəşlə üç polisi yaralayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kauli dairəsinin polis idarəsindən məlumat verilib.
Məlumata görə, insident aprelin 15-də yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 21:15) baş verib. Polis əməkdaşları qadının idarə etdiyi şübhəli avtomobili saxlayıblar. Avtomobilin sürücüsü polisin nəqliyyat vasitəsini tərk etmək tələbinə məhəl qoymayıb. Sonradan qadın onu avtomobildən çıxarmaq istəyən polisi tapançadan atəşə tutub. Nəticədə üç polis əməkdaşı yaralanıb, atəş açan qadın sürücü isə öldürülüb.
Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Həkimlər onlardan ikisinin yüngül, digərinin isə ağır yaralandığını bildirirlər.