Rusiyanın “S-400” zenit-raket kompleksi yığılan müəssisəsindəki yanğın söndürüldü
6 ÖLÜ, 24 YARALI
Rusiyanın Tver şəhərində Müdafiə Nazirliynini Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın aprelin 22-də söndürülüb.
 
TASS Rusiya Fövqəladə Hallar Nazirliyininin yerli idarəsinə istinadən bildirir ki, Mərkəzin yanması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 24 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyətinin ağır olduğu bildirilib.
 
Hazırda yanğının dəqiq səbəbi araşdırılır.
 
**17:56(21.04.2022)

Rusiya Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunlarının Tver şəhərində yerləşən Elmi-Araşdırma Mərkəzi yanıb. 
 
Senzor.az  bildirir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti Baş İdarəsi yayıb.
 
Bildirilib ki, 1000 kv. metr ərazi yanıb. Rusiya Müdafiə Nazirliyi  müəssisəsinin elmi əməkdaşları təxliyə edilib.
 
Ukraynanın UNIAN agentliyi isə bildirir ki, Mərkəzdə “S-400” zenit-raket kompleksi yığılırmış.
 
Yanğının baş verməsinə ilkin səbəb olaraq elektrik şəbəkəsində qısaqapanma göstərilir. O da bildirilib ki, yanğının söndürülməsinə 240-dan çox insan və 69 texnika, eləcə də mümkün insan tələfatının qarşısını almaq eçün 14 təcili tibbi yardım briqadası cəlb edilib.
 
 
İndiyə olan məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
 
Rusiya rəsmiləri son informasiyanı şərh etməyiblər.
 
Hadisənin səbəbi araşdırılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.