
“Qafqazinfo” xəbər verir ki, bu, matçın son dəqiqələrində olub.
Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.
Bundan sonra hakim qarşılaşmanı dayandırıb, oyun davam etdirilməyib.
Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.