
Senzor.az bildirir ki, yanğın paytaxtın “Torqovı” adı ilə məşhur olan ərazisində - Nizami küçəsinin Mərdanov küçəsi ilə kəsişməsində iki binanın arasında qeydə alınıb. Ərazidəki tullantılar alışıb.
Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Alovun qarşısı alınıb.
Qeyd edək ki, daha əvvəl Nizami küçəsindəki binalardan birinin dam örtüyünün alışdığı barədə məlumat yayılmışdı.