Azərbaycanda Olimpiya Kompleksində 15 idmançı zəhərləndi - PROKURORLUQ VƏ AQTA ARAŞDIRMA APARIRLAR
Göygöl rayonunda kütləvi zəhərlənmə olub.
 
Senzor.az bildirir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
 
Qeyd olunub ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.
 
Aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib.
 
Daha sonra həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Bu arada hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də açıqlama verib. Bildirilib ki, qeyd edilən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
 
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.