Evi sökülən vətəndaş özünü Daxili İşlər Nazirliyinin qarşısında yandırdı
Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.
 
Senzor.az bildirir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
 
Belə ki, orta yaşlı şəxs özünü yandırmağa cəhd edib. Amma ətrafda olan polis əməkdaşları yanğını söndürüblər. Yanıq xəsarətləri alan şəxs xəstəxanaya aparılıb.
 
DİN-in Mətbuat Xidmətindən jurnalistlərə bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.
 
Bir az əvvəl isə TƏBİB-dən bildirilib ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
 
Qeyd olunub ki, mərkəzin reanimasiya şöbəsində olan şəxs II-III dərəcəli ağır yanıq xəsarətləri alıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.