Dünən gecə İrəvanda təşkil olunan etiraz aksiyası zamanı "Antares" holdinqinin rəhbəri Armen Martirosyan döyülüb.
Bu barədə yerli media məlumat yayıb. Bir neçə müxalifətçinin hücumunu əks etdirən videoda Martirosyanı qəzəbli kütlənin əlindən polislərin aldığı görünür.
İnsidentin qarşısı tez bir zamanda alınıb. Martirosyanın sözlərinə görə, o, aksiya iştirakçısı olmayıb, sadəcə mitinq təşkil edilən ərazidə dayanıbmış. Zərərkəçən hansı səbəbdən hücuma məruz qaldığını da izah edə bilməyib: “Küçədə dayanıb bir tanışı gözləyirdim. Kütlənin arasından kimlərsə məni gördü və bundan sonra söyüb üstümə butulka atmağa başladılar. Polisə məni qorumaq üçün müraciət etdim. Onlar tez bir zamanda ərazidən uzaqlaşmağımı əmr etdilər. Polisin tələbinə tabe olub getdim. Amma quldur dəstəsi arxadan mənə hücum etdi...”.
Azvision.az xatırladır ki, "Antares" holdinqin rəhbəri Armen Martirosyan iki il öncə Facebook-da etdiyi qalmaqallı paylaşımı ilə də gündəmə gəlmiş və ermənilərin sərt hücumuna məruz qalmışdı. O yazmışdı ki, "26 il əvvəl başqa xalqın ölkəsinə girib, orada ağalıq etmişik, ev tikmişik, mədənləri istismar eləmişik. İndi yiyəsi gəlib, deyir ki, çıxın. Biz isə deyirik ki, bu razılaşmalara daxil deyil. Budur sizin səviyyəniz?".