Bakının Nəsimi rayonunda yolu işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib.
APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
İşıqforla tənzimlənən yol kəsişməsində Ramil Əsgərov idarə etdiyi “Mersedes” markalı avtomobillə Azadlıq prospektində hərəkətdə olan zaman “Daewoo” markalı minik avtomobilin sürücüsü Salatın Əsgərova küçəsində işıqforun qırmızı işığın tələbini pozaraq hərəkətə davam edib. Nəticədə avtomobillər toqquşub. Bunu “Mersedes”in sürücüsü R.Əsgərov deyib.
Qəza nəticəsində “Daewoo” aşaraq əvvəlcə işıqforu, sonra isə yol kənarındakı dəmir arakəsməni sıradan çıxardıb. Hər 2 avtomobilin sürücüsü və “Daewoo”da olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti ağır olan 2 nəfər təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına salınıb.
Faktla bağlı araşdırma aparılır.