
Senzor.az FHN-in saytına istinadən bildirir ki, ərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.
Ümumilikdə hadisə zamanı xəsarət alan olmayıb.