Göyçay sakini həmyerlisini güllələdi
Göyçay rayonunda silahlı insident baş verib.
 
APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.
 
Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə, sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.
 
O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.