Bu gün ilin ilk Ay tutulması baş verib.
Senzor.az Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, bu, tam Ay tutulması olub.
Tutulma saat 07:29-da başlayıb, 08:53-də isə sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb.
Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə olunmayıb.
**01:00
Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Tam Ay tutulması adlandırılan təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.
Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.