Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - BELƏ DƏ OLUR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə dünyasını dəyişib.

 

"Report" xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.

 

Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.

 

Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis ixtisası üzrə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

 

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov "Şöhrət" ordeni ilə təltif olunub.

 

Ailəli idi, 2 övladı var.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.