Mayın 21-i axşam saatlarında Özbəkistanla Qırğızıstan arasındakı “Çeşmə” sərhəd keçid məntəqəsində ağır qəza baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş verən avtomobil qəzası doqquz adamın həyatına son qoyub. Ölənlərin səkkizi Qırğızıstan, biri isə Özbəkistan vətəndaşıdır. Qəzada 5 nəfər ağır yaralanıb, iki nəfər ambulator yardım aldıqdan sonra evə buraxılıb.
İlkin məlumata görə, Qırğızıstanın Kadamjan rayonundan Özbəkistanın Fərqanə vilayətinə gedən nəqliyyat vasitəsinin əyləc sistemi sıradan çıxdığından sürücü idarəetməni itirib və keçid məntəqəsində növbə gözləyən digər maşınlarla toqquşub.
Araşdırmalar davam etdirilir.