İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Həsən Sayad Xodayari bazar günü Tehranın şərqindəki "Mücahidine İslam" küçəsində güllələnib.
Senzor.az bildirir ki, bu barədə yerli KİV korpusun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, motosiklet sürən iki nəfər Xodayarinin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb. Ona beş güllə vurulub və SEPAH komandiri hadisə yerində ölüb.
Məlumatda həmçinin qeyd olunub ki, sui-qəsdə məruz qalan H.S. Xodayari Suriyada döyüşüb. Onun İran inqilabına zidd terror qruplaşması tərəfindən qətlə yetirildiyi ehtimal olunur.
İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti hadisəni terror aktı adlandırıb.
Yerli hüquq-mühafizə sui-qəsdi törədənləri axtarır.
Senzor.az