İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.
Axtarışlar davam etdirilir.
**17:00
İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında azı 80 nəfər qala bilər.
“Fars” agentliyi xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən bildirilib.
Qeyd olunub ki, son məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
**13:52
İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli bina çöküb.
“Farsnews” xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.
Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.
Binanın çökdüyü əraziyə 4 xilasetmə briqadası cəlb olunub.
Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.