Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində təsadüfi güllənin qurbanı olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Fatih rayonu ərazisində qeydə alınıb.
Belə ki, ötən gün iki qrup arasında baş verən atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.
Məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları Dadaşzadənin ölüm xəbərini təsdiqləyiblər.