Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Dünyamalıyeva Adilə Sabir qızı və onun övladı - 2020-ci il təvəllüdlü Dünyamalıyeva Banu Turan qızını, 1991-ci il təvəllüdlü Hacıyeva Türkan Qəhrəman qızı və onun övladı-2021-ci il təvəllüdlü Hacıyev Sabir Firuz oğlunu avtomobil vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Haciyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.
Faktla bağlı araşdırma aparılır .