Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən hərbçi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən senzor.az-a bildirilib ki, nazirliyin Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiya edilib.
Hazırda vəziyyəti stabildir.
**12:28
Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.
Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.