Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin (TIR) kabinəsi və ön təkərləri yanıb.
Senzor.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.