Ermənistanın Geqarqunik vilayətində 11 yaşlı Genadi O. tank əleyhinə minaya düşüb.
Senzor.az erməni KİV-ə istinadən bildirir ki, hadisə bu gün yerli vaxtla 15:00-da Çəmbərək kəndində baş verib.
İlkin versiyaya görə, uşaq mərmi ilə ehtiyatsız davranması nəticəsində minaya düşüb.
Hadisə yerinə gələn polislər uşağın qalıqlarını taparaq Sevan tibb məntəqəsinə göndəriblər. Məhkəmə-tibbi və partlayıcı texniki ekspertizalar təyin edilib.
Senzor.az