Azov dənizinin sularında balıq və delfinlərin kütləvi ölümü qeydə alınıb. Temperatur və mövsüm nəzərə alınsa, bu vəziyyət suda xəstəliyin əlaməti ola bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Mariupol merinin müşaviri Petr Andryuşşenko öz “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Azov dənizində balıqların kütləvi ölümü iyulda anomal istilər zamanı tez-tez baş verir, lakin iyunun əvvəli üçün bu vəziyyət xarakterik deyil. Bu baxımdan Andryuşşenko hesab edir ki, dənizdəki vəziyyət, temperatur da nəzərə alınaraq, suda xəstəlik olmasının göstəricisi ola bilər.