İyunun 3-ü saat 23 radələrində Quba sakini, 1963-cü il təvəllüdlü Eldar Hacıyevin Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Quba Rayon Prokurorluğuna istinadən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1968-ci il təvəllüdlü Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.