İstanbulda azərbaycanlı qadın güllələndi - FOTO

 

İstanbulun Avcılar rayonunda Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın şəxsiyyəti hələlik müəyyən olunmamış şəxs tərəfindən güllələnib.

 

Bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

 

Hadisənin ötən gün saat 22  radələrində Dənizköşklər məhəlləsində baş verdiyi bildirilir. Naməlum şəxs tərəfindən Azərbaycan vətəndaşı Hüsniyyə Bayramovaya tapança ilə atəş açılıb və o, ayağından xəsarət alıb.

 

Sol diz qapağından yaralanan Bayramova təcili yardımla Bakırköyə aparılaraq Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Bayramovanın yanında olan qadın dindirilmək üçün polis bölməsinə aparılıb. 

 

H. Bayramovanın qonşusu isə onun bir dostu ilə birlikdə yaşadığını deyib: “Axşam saat 22 radələri idi. Silah səsini eşitmədik. Polislər gəldilər. Qonşum birinci mərtəbədə qalırdı, əcnəbi idi. Ayağından güllələnibmiş. Bir dostu ilə qalırdı. Onun vurub-vurmadığını bilmirik. Təcili yardımla xəstəxanaya yerləşdirdilər”.(“Qafqazinfo”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.