Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.
APA-nın verdiyi xəbərə görə, avtobusu idarə edən şəxs Samux rayon sakini, 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.
Eyyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.
Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfərin şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.
Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
**17:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
**17:08
Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.
Belə ki, içərisində 25 nəfər turistin olduğu avtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.
Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.