Polis zabiti toyda məhkəmə katibini niyə döyüb?
SƏBƏBİ BİLİNDİ

Azərbaycanda toyda polis əməkdaşı məhkəmə katibini döyüb.

 

"Report"un xəbərinə görə, hadisə iyunun 4-də Kürdəmir rayonundakı şadlıq saraylarının birində keçirilən toy mərasimində qeydə alınıb.

 

Belə ki, toyda qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Nəticədə V.Kərimov məhkəmə işçisini vuraraq ona xəsarətlər yetirib.

 

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Bu arada "Qafqazinfo" polis zabiti ilə məhkəmə katibi arasında baş vermiş dava-dalaşın təfərrüatını öyrənib. Məlum olub ki, hadisə rayonun Qaraqocalı kənd sakini olan və bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış şəxsə görə baş verib.

 

Belə ki, rayon məhkəməsində katib vəzifəsində çalışan Yaşar Cəbiyev qonşusu olan həmin şəxs saxlanıldıqdan sonra  tanışı, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimovdan onun məsələsinin müsbət həll edilməsini xahiş edib.

 

Lakin bir neçə gün keçməsinə baxmayaraq saxlanılan şəxslə bağlı bir yeniliyin olmadığını görən Y.Cəbiyev iyunun 4-də V.Kərimovla bir yerdə iştirak etdiyi toyda ona bu məsələyə görə irad bildirib. Nəticədə tərəflər arasında mübahisə başlayıb və dava-dalaş düşüb...

 

Yeri gəlmişkən, hadisə ilə bağlı ilk xəbəri də "Qafqazinfo" yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.