Bakıda avtobus qəzasında ölən və yaralanan olmayıb - BNA AÇIQLAMA YAYDI
YENİLƏNİB

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. 

 

Bildirilib ki, bu gün Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə həqiqətən də  yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

Belə ki, 10 TG 103 dövlət qeydiyyat nişanlı avtobus qarşısında hərəkət edən "Mersedes" markali minik avtomobili ilə toqquşub. Amma daşıyıcının verdiyi məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.


Yəni qəza zamanı azı bir nəfərin ölümü və yaralının olması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Qurum kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl onu BNA-nın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırır.

 

**22:21


Bakıda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

 

“Report” xəbər verir ki, hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı 1 nəfər ölüb, xəsarət alan var.

 

Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.

 

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.