Almaniyanın paytaxtı Berlində 29 yaşlı sürücü avtomobilini yoldan keçənlərin üstünə sürüb, nəticədə bir qrup məktəbli zərər çəkib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Almaniya paytaxtının polisi məlumat yayıb.
"Son məlumatlara görə, zərərçəkənlər arasında Hessen federal əyalətindən olan 14 məktəbli var. Onların müəllimi dünyasını dəyişib", - xəbərdə deyilir.
Cinayəti törədən şəxs erməni əsillidir. O, yoldan keçənlər tərəfindən hadisə yerindəcə saxlanılıb və polis tərəfindən dindirilir.
Sürücünün cinayəti qəsdən törətdiyi bildirilir. “Bild” qəzeti istintaqa istinadən yazıb ki, polis avtomobildə cinayətin törədilməsi planlarını təsdiqləyən məktub tapıb. Avtomobildən Türkiyə ilə bağlı sənədlər də tapılıb. İnsidentin siyasi motivli olması ehtimal edilir.
Hazırda bu və digər dəlillər diqqətlə öyrənilir.