Daşkəsəndə güclü leysan: sel suları körpüləri dağıtdı - VİDEO, FOTO

Daşkəsən rayonunun Alaxançallı və Çanaqçı kəndinə sel gəlib, körpülər dağılıb, təsərrüfatlara zərər dəyib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, bu gün saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşayiət olunan güclü leysan yağış səbəbindən rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib. 

 

Sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisində də sel suları bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

 

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

 

Xoşbəxtlikdən insan itkisi və xəsarət alan olmayıb.

 

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.