Goranboy şəhərində 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un məlumatına görə, 1992-ci il təvəllüdlü S.Ələkbərovaya və S.Hüseynovaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü M.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, yaralıların vəziyyəti kafi qiymətləndirilir.
**00:31
Goranboy şəhərində 2 qadın bıçaqlanıb.
"Report"un məlumatına görə, 1992-ci il təvəllüdlü S.Hüseynova və həmyaşıdı S.Ələkbərova bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.