Ermənilər Vladiqafqaz xəstəxanasında yaralı Murad Osmanovu güllələdilər - VİDEO

Rusiyanın Vladiqafqaz bölgəsində silahlı insident yaşanıb. 

 

Gecəyarısı 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan 35 yaşlı Murad Osmanov adlı müştərini avtomobilinə mindirdikdən sonra dava düşüb.

 

İddia olunur ki, Murad sürücünün qarnından bıçaqla vurub. Osmanov saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz xəstəxanasına çatdırılıb. Amma yarım saat sonra acıqlı sərnişin polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. Çünki o, saxlanılarkən qolundan xəsarət alıbmış.

 

Bıçaqlanan erməni sürücünün qohumları da artıq klinikada olublar. Qeyd edilir ki, əvvəlcə dəhlizdə, polisin gözləri qarşısında taksi sürücüsünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib sarğı ediblər. Osmanov təcili yardım otağında oturarkən taksi sürücüsünün oğlu da onunla qarşılaşıb və yenidən Muradın döş və mədə nahiyəsindən bıçaq zərbələri endirib. Daha sonra isə başqa bir qohum tapança ilə Muradı güllələyib. Nəticədə Osmanov reanimasiya şöbəsində dünyasını dəyişib. 

 

Azvision.az bildirir ki, bütün bu insident təhlükəsizlik kameralarına düşüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.