İranda natrium karbon fabrikində partlayış
100 NƏFƏRDƏN ÇOX ZƏHƏRLƏNƏN VAR

İranın Firuzəbad şəhərindəki natrium karbon fabrikində kimyəvi sızma nəticəsində partlayış və ardınca yanğın baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 101 nəfər işçi zəhərlənib.

 

Onlar Şiraz şəhər xəstəxanasına çatdırılıblar. Xəstəxananın direktor müavini Mehrdad Şərifi jurnalistlərə bildirib ki, zəhərlənən xəstələr xəstəxanaya vertolyot vasitəsi ilə çatdırılıblar və təcili müdaxilə olunaraq ağırlaşmanın qarşısı alınıb. Zəhərlənənlərin əksəriyyətinin tənəffüs yolları zədələnib. Hazırda onlara tibbi xidmət göstərilir. 

Fabrikdə partlayışdan sonra baş verən yanğın söndürülüb. Hazırda mütəxəssislər sızmanın səbəbi araşdırır, xilasedicilər isə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

 

Xatırladaq ki, 2016-cı ildə istifadəyə verilən fabrik şüşə, kristal, yuyucu və su təmizləyici vasitələrin istehsalı ilə məşğul olur. Fabrikdə 1300 nəfər çalışır. Hələlik müəssisənin fəaliyyəti dayandırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.