Kürdəmir rayonunda baş verən qəzada yaralanan 3 nəfərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Kürdəmir Rayon Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək arxadan “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.
**12:19
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən "Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.
Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.