Ermənistanın Araqatsotn rayonunda hakim “Vətəndaş Müqaviləsi” partiyası üzvlərinin yaxınları baş nazir Nikol Paşinyanın arxasınca danışan və onu tənqid edən gəncləri atəşə tutublar.
Senzor.az yerli politik.am saytına istinadən bildirir ki, “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Matevos Asatryanın və Araqatsotn vilayətinin “Vətəndaş Müqaviləsi”ndən olan qubernator müavini Edqar Pırvanyanın qohumları bir qrup gənclə mübahisə ediblər. Nəticədə adıçəkilən şəxslər (Matevos və Edqarın qohumları) gəncləri “Kalaşnikov” avtomatından atəşə tutublar.
Güllələnən şəxslərdən ikisi ölüb, daha 5 nəfər yaralı var.
Hadisə Nigavan Aparan kəndində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Senzor.az