Dünən Bakı-Quba yolunun Xızı rayonu ərazisindən - Sitalçaydan keçən hissəsində “Shacman” markalı 21-BG-404 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində asılmış kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, ilkin araşdırmalardan sonra meyitin Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Tural Əziz oğlu Abdullayevə məxsus olduğu məlum olub.
Müəyyən edilib ki, yük maşınının sürücüsü olan 42 yaşlı şəxs özünü kabinədən asaraq həyatına son qoyub.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.