Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.
Bu barədə "Aljazeera" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən 2 000-dən çox insan zərər çəkib.
Bundan əvvəl “Boxtar” agentliyi 1 000 ölü və 1 500 yaralı olduğunu qeyd edib. Yerli hakimiyyət orqanları daha çox ölü və yaralı ola biləcəyindən ehtiyat edir.
Xatırladaq ki, çərşənbə günü gecə Əfqanıstanın Paktika, Host, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində 6,1 bal gücündə zəlzələ baş verib.
**15:23(22.06.2022)
Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.
Bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub.
**13:36
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
Lakin hadisə ilə bağlı məlumat qıtlığı var. Açıqlanan məlumatların birində deyilir ki, xilasedicilər bölgəyə helikopter vasitəsilə çatdırılır.
**09:44
Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.
Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb.