Norveçin paytaxtı Osloda gecə klubunda atışma baş verib, nəticədə 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində yerləşən məşhur "London" barında qeydə alınıb.
Hadisənin şahidi jurnalist Olav Renneberqin sözlərinə görə, çanta ilə gələn bir nəfər tapançanı çıxararaq atəş açmağa başlayıb.
Hazırda səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəziləri ağır yaralanıb. Daha 6 nəfər yüngül xəsarət alıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə hadisə yerində yaxalanıb. İnsidentin motivi hələ də məlum deyil.
Polis hadisənin arxasında bir neçə nəfərin ola biləcəyini ehtimal edir.