İyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Senzor.az bildirir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydıqları birgə məlumatda belə deyilir.
Xəsarət almış İ.Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.