Yuxarı Lars bu gün: YOLUN BİR HİSSƏSİNDƏ RUSİYAYA HƏRƏKƏT BƏRPA OLUNDU

Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun 136-cı kilometrliyində (neytral zona) nəqliyyatın hərəkəti bərpa edilib.

 

Senzor.az “Sputnik Qruziya”ya istinadən bildirir ki,  bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentindən məlumat verilib.

 

Məlumata görə, avtomobillərin hərəkəti aparılan intensiv işlər nəticəsində bərpa edilib.

 

“Kazbeqi” və Yuxarı Lars keçid məntəqələrinə gəlincə, Rusiya ilə quru sərhədi hələ də bağlıdır.

 

Xatırladaq ki, bazar günü yağan güclü yağış Terek (Tərgi) çayının daşmasına səbəb olub. Beynəlxalq yolun 80 metrdən çox hissəsi zədələnib. Mövcud vəziyyətlə əlaqədar olaraq “Kazbeqi” – “Yuxarı Lars” (Rusiya ilə sərhəd) gömrük-keçid məntəqəsi işini müvəqqəti dayandırıb. Sərhəddə bir neçə yüz yük maşını yığılıb. Sürücülər və sərnişinlər təhlükəsiz ərazidədirlər.

 

Onu da qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu (“Hərbi Gürcüstan mgistralı” da deyirlər-red.) Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.