Bu gün səhər saatlarında Bakıda ailə faciəsi yaşanıb. Dəhşətli yanğında 2 uşaq həyatını itirib.
Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb.
Səsə oyanan qonşular deyirlər ki, evə girmək istəsələr də, tüstü buna mane olub. Onlar bir neçə dəfə cəhd etdikdən sonra mənzilə daxil ola biliblər.
Yanğın zamanı iki körpə - 1 yaşlı əkiz bacılar Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Məlumata görə, yanğın zamanı xəsarət alan 2-si azyaşlı olmaqla 5 nəfər isə Nərimanov tibb mərkəzinə yerləşdirilib. Onlar Zərifə Abbasova, Atilla Abbasov, Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasovdur.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli kürsülü evin dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Daha ətraflı Xezerxeber.az-ın videomaterialında: